“Ümid" Beynəlxalq İncəsənət Müsabiqəsi keçirildi - FOTO

“Ümid" Beynəlxalq İncəsənət Müsabiqəsi keçirildi - FOTO
19:22 21 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə 12 və 19 yanvar tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında "Ümid" Beynəlxalq İncəsənət Müsabiqəsi keçirildi. Müsabiqəyə təşkilatı dəstək Mədəniyyət Nazirliyi və Jam Group komandası tərəfindən göstərilib.

"Müsabiqə incəsənət və rəqs növləri üzrə keçirilmişdir. Ölkəmizin bölgələrindən və qonşu ölkələrdən Rusiya, Türkiyə, Gürcüstandan yarışmaya qatılan iştirakçılar vardı. Bütün iştirakçıları təbrik edir, onlara müvəffəqiyyətlər arzulayıram. Bununla yanaşı daima əziyyətlərini çəkən, onlara bu sahələri öyrədən, bu cür istedadlı, bacarıqlı uşaq və gənclər yetişdirdikləri üçün bəddi rəhbərlərə təşəkkür edirəm. Ədalətli seçimlər etdikləri və dəvətimizi qəbul edib gəldikləri üçün Əməkdar artist adını almış, görkəmli incəsənət xadimləri olan münsiflər heyətinə də təşəkkür edirəm" - deyə bildirdi ARA-nın prezidenti və AGİ-nin idarə heyətini üzvi Əziz Əzizov.

Yarışma yaş kateqoriyasına görə keçirildi: 6 yaşa kimi, 7-10 yaşa kimi, 11-15 yaşa kimi, 16 yaş və yuxarı. Aşağıda yarışmanın cavabları verilmişdir:

Tamaşa: Azərbaycan Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyası
Bədii qiraət: AMK tərkibində İncəsənət Gimnaziyası
K-pop: Heart beat, The Legend Bollywood: "Buta" rəqs ansamblı Classic dance: Şəki Uşaq İncəsənət Məktəbi
Show dance: "Buta" rəqs ansamblı, "Simurq" rəqs qrupu Folk show: "Kamerton" rəqs qrupu
Folk etnika: Azərbaycan Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyası,  
Respublika Fizika-Riyaziyyat Liseyi "Bars" Xalq Rəqs Ansamblı Folk stayl: "Buta" rəqs ansamblı, Şəki Uşaq İncəsənət Məktəbi, Jam SS
Balaban: 34 nömrəli Uşaq musiqi məktəbi
Balalayka:  Bələdiyyə Büdcə Təhsil Davamlı Təhsil Təşkilatı "Uşaq Musiqi Məktəbi" Chistoozerni qəsəbənin Kamenskiy rayonu, Bələdiyyə Büdcə Təhsil Davamlı Təhsil Təşkilatı "Uşaq Musiqi Məktəbi" Chistoozerni qəsəbənin Kamenskiy rayonu

Kamança: Azərbaycan Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyası

Qarmon: G.Şaroyev adına 35 nömrəli müsiqi məktəbi

Tar: Cabbar Qaryağdıoğlu adına 9 saylı Musiqi məktəbi, 24 nömrəli Musiqi məktəbi

Qanun: Azərbaycan Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyası, Səid Rüstəmov adına 13 nömrəli Uşaq musiqi məktəbi

Saz: Ağdam rayonu Gülablı kənd uşaq musiqi məktəbi,  Müşviqabad qəsəbəsi Mədəniyyət evi Aşıq: G. Şaroyev adına 35 nömrəli Musiqi məktəbi , 34 nömrəli Uşaq musiqi məktəbi,  37 nömrəli Uşaq musiqi məktəbi 

Xalq Çalğı alətləri: 2 nömrəli Musiqi məktəbi

Xor: Kamensk-Şahtinskiy şəhər "Uşaq Musiqi Məktəbi" Davamlı Təhsil Bələdiyyə Büdcə Təhsil Təşkilatı,  Cabbar Qaryağdıoğlu adına 9 nömrəli Musiqi məktəbi

Xalq mahnıları: Bələdiyyə büdcə əlavə təhsil müəssisəsi "Kamenskiy rayonu uşaqlarının estetik tərbiyəsi Starostanichny mərkəzi", İzmir Toki Karşıyaka belediyesi Anadolu lisesi

Vokal: Aybəniz Haşımova Sənət Akademiyası
Estara Vokal: Kamensk-Şahtinskiy şəhər "Uşaq Musiqi Məktəbi" Davamlı Təhsil Bələdiyyə Büdcə Təhsil Təşkilatı
Akademik Vokal: Humay Kəlbiyeva
Klarnet: 34 nömrəli Musiqi məktəbi,  Azərbaycan Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyası, Səid Rüstəmov adına 13 nömrəli musiqi məktəbi,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

İnstrumental: Leapold və Mstislav Rastropoviclər adına 21 saylı Musiqi məktəbi, Bələdiyyə Büdcə Təhsil Davamlı Təhsil Təşkilatı "Uşaq Musiqi Məktəbi" Chistoozerniy qəsəbənin Kamenskiy rayonu

Skripka: Azərbaycan Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyası , 21 saylı Rastropoviclər adına Musiqi məktəbi, 22 nömrəli Musiqi məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Fortepiano: 21 saylı Rastropoviclər adına Musiqi məktəbi, Niyazi adına №22 Uşaq Musiqi Məktəbi, Azərbaycan Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyası, 34 nömrəli Müsiqi məktəbi, 2 nömrəli Musiqi məktəbi, Goranboy rayonu Xan Qərvənd kəndi Rövşən Qarayev adına uşaq musiqi məktəbi, 28 nömrəli Uşaq müsiqi məktəbi, 17 nömrəli U.M.M,  Yirmi Birinci Yüzyıl Karşıyaka Koleji, Süleyman Ələskərov adına 1 saylı Uşaq incəsənət məktəbi, Cabbar Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbi, Bələdiyyə büdcə əlavə təhsil müəssisəsi "Uşaq Musiqi Məktəbi" Chistoozerniy qəsəbəsinin Kamenskiy rayonu, Bələdiyyə büdcə əlavə təhsil müəssisəsi "Uşaq Musiqi Məktəbi" Chistoozerny qəsəbəsinin Kamenskiy rayonu, Bakı Musiqi Akademiyası, Asəf Zeynallı adına musiqi kolleci , Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/819705.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR