ABŞ-ın Kaliforniya ştatının aerodromunda təyyarə qəzası baş verib

ABŞ-ın Kaliforniya ştatının aerodromunda təyyarə qəzası baş verib
02:07 23 Yanvar 2020
94 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kaliforniya ştatının Korona şəhərində təyyarə qəzası baş verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə xidməti özünün “Twitter”dəki səhifəsində məlumat yayıb.
Qeyd edilir ki, kiçik mühərrikli təyyarə Korona şəhərinin ətrafındakı aerodromun ərazisinə düşüb. İlkin məlumata görə, hadisə zamanı təyyarədə dörd nəfər olub.


"Yanğınsöndürmə xidmətinin əməkdaşları və Korona polisləri bələdiyyə aerodromunda təyyarə qəzası haqqında xəbərə reaksiya verdilər. Hadisə yerinə gələn əməkdaşlar alova bürünmüş bir təyyarə aşkar etdilər”, - asayiş keşikçilərinin “Twitter”də yayılmış xəbərində deyilir.
Qeyd edilir ki, təyyarə aerodrom ərazisinin şərq hissəsinə düşüb.
"Aerodrom bağlanıb, təyyarədə 3-4 nəfər olub", - deyə bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-in-kaliforniya-statinin-aerodromunda-teyyare-qezaya-ugrayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR