Kolumbiyada iki avtobus toqquşub: 16 nəfər yaralanıb

Kolumbiyada iki avtobus toqquşub: 16 nəfər yaralanıb
04:29 23 Yanvar 2020
157 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Kolumbiyada iki avtobusun iştirak etdiyi yol qəzasında ən azı 16 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "RSN" radiostansiyası bildirib.

Məlumata əsasən, hadisə Bukaramanqa şəhərində (Santander departamentinin paytaxtı) baş verib. Avtobuslardan biri başqa bir nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində iki nəfər azyaşlı olmaqla 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Səlahiyyətlilər hadisə ilə əlaqədar araşdırmaya başlayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3181086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR