Kolumbiyada iki avtobus toqquşub: 16 nəfər yaralanıb

Kolumbiyada iki avtobus toqquşub: 16 nəfər yaralanıb
08:05 23 Yanvar 2020
148 Dünya
Ölkə mətbuatı
A- A+

Kolumbiyada iki avtobusun iştirak etdiyi yol qəzasında ən azı 16 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "RSN" radiostansiyası bildirib.

Məlumata əsasən, hadisə Bukaramanqa şəhərində (Santander departamentinin paytaxtı) baş verib. Avtobuslardan biri başqa bir nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində iki nəfər azyaşlı olmaqla 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Səlahiyyətlilər hadisə ilə əlaqədar araşdırmaya başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/820020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR