Dəqiq elmlər üzrə oxuyan gənclər humanitar yönümlü tədqiqatlara cəlb ediləcək

Dəqiq elmlər üzrə oxuyan gənclər humanitar yönümlü tədqiqatlara cəlb ediləcək
09:57 23 Yanvar 2020
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyası baza təhsili dəqiq elmlər olan gəncləri humanitar yöndə tədqiqat aparmağa cəlb etmək üçün stimullaşdırıcı tədbirlər görməyi nəzərdə tutur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar verilib.

İclasda Təhsil Nazirliyi ilə birgə humanitar elmlərə dair dərslik və dərs vəsaitlərinin ərsəyə gətirilməsi ilə bağlı təkliflərin hazırlanması, humanitar elmlərin başqa elm sahələri ilə əlaqələrini möhkəmləndirmək məqsədilə baza təhsili dəqiq elmlər olan gəncləri humanitar yöndə tədqiqat aparmağa cəlb etmək üçün stimullaşdırıcı tədbirlərin görülməsi, o cümlədən ali məktəblərin son kurs tələbələri ilə ədəbi-mədəni görüşlər keçirilməsi tapşırılıb.

İclasda bu da qeyd olunub ki, 2019-cu ildə bölmə üzrə müxtəlif sahələri əhatə edən 13 lüğətin, xüsusən də ictimaiyyətin gözlədiyi Orfoqrafiya lüğətinin hazırlanması başa çatdırılıb. Orfoqrafiya lüğətinin fevral ayında çapı nəzərdə tutulur.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/820048.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR