Yerevanın mərkəzində naməlum şəxs biznes mərkəzində atəş açıb

Yerevanın mərkəzində naməlum şəxs biznes mərkəzində atəş açıb
16:07 23 Yanvar 2020
68 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın paytaxtı Yerevanın mərkəzindəki “Erebuni” biznes mərkəzinə naməlum şəxs atəş açıb.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, hazırda mərkəz polis tərəfindən mühasirəyə alınıb, mərkəzə giriş-çıxış yasaqlanıb.
Olay yerinə Ermənistan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları da gəlib. Polis atəş açan şəxsi neytrallaşdırmağa çalışır.
Qeyd edək ki, bu biznes mərkəzində Ermənistanın sabiq prezidenti Robert Koçaryanın ofisi də var. KİV atışmanın keçmiş dövlət başçısının tərəfdarlarına qarşı yönəldilə biləcəyini istisna etmir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/yerevanin-merkezinde-namelum-sexs-biznes-merkezinde-ates-acib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR