UberEats-in Hindistan mərkəzi Zomato tərəfindən satın alındı

UberEats-in Hindistan mərkəzi Zomato tərəfindən satın alındı
21:37 25 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Uber Eatsin sürücüləri və müştərilər haqqındakı məlumatlar Zomatoya təhvil veriləcək.

illi.Az techland.az-a istinadən bildirir ki, Zomato Uber Eatsin Hindistan mərkəzini satın alıb. Məlumata görə satınalma üçün 350 milyon dollarlıq müqavilə imzalanıb.
Artıq Hindistan müştəriləri Uber Eatsdə sifariş et düyməsinə basdıqda bildiriş Zomatoya gedəcək.
Uber 2017-ci ilin ortalarında Hindistanda yemək sifariş xidmətini UberEats adı ilə başlamışdı. UberEats müştəri qazanmaq üçün böyük endirimlər təklif etsə də hər gün 1 milyondan çox sifariş alan Zomato ilə rəqabət qarşısında dözümlü ola bilmədi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/820691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR