“Azərenerji” rəhbəri ilə TEPSCO-nun durektoru arasında görüş olub (FOTO)

“Azərenerji” rəhbəri ilə TEPSCO-nun durektoru arasında görüş olub (FOTO)
12:36 28 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevin başçılıq etdiyi nümayəndə heyəti ilə Yaponiyanın TEPSCO dövlət şirkətinin Mərkəzi Asiya üzrə direktoru Noriaki Taketaninin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Trend-in məlumatına əsasən, Bakıda inşa edilən “Şimal-2” layihəsinin meneceri Sato Mitsuyuki və TEPSCO şirkətinin biznesin inkişafı üzrə meneceri Yashushi Shinoginin iştirak etdiyi görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, o cümlədən yeni generasiya layihələri barədə müzakirələr aparılıb.

Görüşdə “Azərenerji” ilə TEPSCO əməkdaşlığının 25 ilinin tamam olması mövzusu xüsusilə vurğulanıb və Baba Rzayev Noriaki Taketaniyə təşəkkürnamə təqdim edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/energy/3183446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR