Yayda şəkərə tutula bilərsiniz - Bu meyvəyə diqqət

Yay günlərində ən çox istehlak edilən qidalar meyvələrdir. İnsan orqanizminə nə qədər faydalı olsa da, həddindən artıq istifadə bir çox problemlərə yol aça bilər. Bəs gündəlik nə qədər meyvə yeyilməlidir?

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, bu barədə danışan dosent Elvan Yılmaz Akyüzün sözlərinə görə, müxtəlif meyvələrin yeyilməsi orqanizm üçün faydalı olsa da, mütləq miqdara diqqət edilməlidir:

"Xüsusilə kişilər yay aylarında yeməkdən sonra bol-bol meyvə, xüsusilə qarpız və üzüm, yemiş istehlak edirlər. Meyvələr həddən çox istehlak edilir, təbii olaraq artıq enerji qəbuluna səbəb olur, şəkər, piylənmə və çəki artımı baş verir. Tərkibində yüksək miqdarda su olan yemiş və qarpız kimi meyvələr yüksək şəkər tərkibi ilə tanınır.

Ümumiyyətlə sağlam insanlara gündə ən azı 5 porsiya tərəvəz və meyvə (gündə 400 q) istehlak etməyi tövsiyə edilir. Bunun 2-3 porsiyası meyvə ola bilər. Qadınların gündə 2, kişilərin isə 3 porsiya meyvə istehlak etməsi kifayətdir”. Meyvələr qabığı soyulmadan, qabığı ilə birlikdə istehlak edilməlidir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı