Bakıda toy karvanında "avtoşluq" edən "Niva" - VİDEO

Bakıda toy karvanında "avtoşluq" edən "Niva" - VİDEO
14:47 28 Yanvar 2020
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda toy karvanında təhlükəli manevrlər edən avtomobil kameraya düşüb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb. Belə ki, paytaxtın Heydər Əliyev prospektində hərəkətdə olan toy karvanına daxil olan "Niva" markalı avtomobilin sürücüsü qəfil sağ-sol manevrlər edib. Həmçinin avtoxuliqanlıq edərək maşını yolun ortasında 360 dərəcə döndərib. 

Ümid edirik ki, Dövlət Yol Polisi bu sürücünü aşkar edərək barəsində müvafiq tədbir görəcək. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/821380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR