Beynəlxalq Muğam Mərkəzində nasir, publisist Xeyrəddin Qocanın 70 illiyi qeyd ediləcək

Beynəlxalq Muğam Mərkəzində nasir, publisist  Xeyrəddin Qocanın 70 illiyi  qeyd ediləcək
14:55 28 Yanvar 2020
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yanvarın 29-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində nasir, publisist, Prezident təqaüdçüsü Xeyrəddin Qocanın 70 illiyinə həsr edilmiş musiqili-bədii gecə keçiriləcək.

Trend-in məlumatına əsasən, yubilyarın yaradıcılığına həsr olunan gecədə yazıçı-satirikin ərsəyə gətirdiyi tamaşalardan qısa səhnələr nümayiş olunacaq, bir-birindən maraqlı dadlı-duzlu söhbətlər və rəngarəng musiqi parçaları təqdim ediləcək.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü X.Qoca 1995-ci ildə 1-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində işləyib. Yazıçı 2017-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3183432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR