Su sayğaclarını oğurlayanlar yaxalandılar

Su sayğaclarını oğurlayanlar yaxalandılar
16:52 28 Yanvar 2020
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaradağ rayonunda 3 həyətyanı sahədə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti tərəfindən verilmiş məlumatda deyilir.

Belə ki, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 10-dan 13-dək olan müddətdə rayon ərazisindəki 3 həyətyanı sahədə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən Lökbatan qəsəbə sakinləri T.Rəhimli və E.Hüseynov saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların rayon ərazisində daha 3 kanalizasiya quyularının, habelə Lökbatan qəsəbəsinin ərazisində su və kanalizasiya idarəsinə və Bakı Telefon MMC-yə məxsus quyuların qapaqlarını oğurlamaları da müəyyən edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/821450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR