YAP namizədi Afət Həsənova Bülbülə qəsəbəsində seçiciləri ilə növbəti görüşünü keçirib

YAP namizədi Afət Həsənova Bülbülə qəsəbəsində seçiciləri ilə növbəti görüşünü keçirib
19:15 28 Yanvar 2020
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

32 saylı Suraxanı üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Afət Həsənova Bülbülə qəsəbəsi Bünyadzadə küçəsində seçiciləri ilə növbəti görüşünü keçirib.

Trend-in məlumatına görə, Afət Həsənova hər bir ölkənin varlığı, rifahı, onun vətəndaşlarının normal və rahat yaşayışının həmin ölkənin iqtisadi inkişaf səviyyəsindən, bu inkişafa və tərəqqiyə zəmin yaradan siyasi idarəetmə sisteminin mükəmməlliyindən, dünyada baş verən qlobal proseslərin fonunda öz xalqının mənafelərinə uyğun siyasət yeridilməsindən asılı olduğunu bildirdi. O, Azərbaycanda bu istiqamətdə işlərin uğurla həyata keçirildiyini, xalq və hakimiyyət birliyinin tərəqqinin təkan verici qüvvəsi olduğunu vurğuladı. Namizəd Afət Həsənova özü haqqında məlumat verdi, seçicilərin təklif və problemlərini dinlədi.

Görüşdə çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının respublikanın ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirib, həmin partiyanın namizədi Afət Həsənovaya 9 fevral Milli Məclisə keçiriləcək seçkilərdə səs verəcəklərini bildirdilər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3183670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR