x
Loading...

Azərbaycanda tələbələr nə qədər təqaüd alır?

Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
19:22 28 Yanvar 2020
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

2019-cu ildə Azərbaycanın ali təhsil müəssisələrinə 44,3 min nəfər tələbə qəbul olunub və qəbul geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib.

Trend-in məlumatına görə, bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsil alanların xüsusi çəkisi 55,1 faiz olub ki, onların da 77,3 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür.

Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 44,6 faizi təqaüd alır. Ali təhsil müəssisələrində magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə 145 manat, 71-100 bal olan tələbələrə 120 manat, 51-100 bal olan tələbələrə 80 manat, bakalavr səviyyəsi üzrə isə müvafiq olaraq 130, 110 və 75 manat təqaüd müəyyən edilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3183608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR