Türkiyədə azərbaycanlını döyüb öldürdülər

Türkiyədə azərbaycanlını döyüb öldürdülər
18:27 29 Yanvar 2020
80 Ölkə
Ölkə mətbuatı
A- A+

İstanbulun Başakşəhər bölgəsində 20 gün əvvəl döyülərək xəstəxanaya yerləşdirilən 27 yaşlı Mirzə Xələfov xəstəxanada dünyasını dəyişib.

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, 20 gün əvvəl iki qrup arasında yaranan mübahisə zamanı azərbaycanlı döyülüb. Davada iştirak edən iki nəfər saxlanılıb.

Hadisə yanvarın 4- də baş verib.

Məlumata görə, Mirzə Xələfov və dostu Mahmud T. ilə axşam saatlarında evə gedərkən Əkbər İ. ilə bir-birinə tərs baxdıqları üçün mübahisə yaranıb. Mübahisədən sonra Əkbər İ. dostlarını da götürərək Xələfovla dostunun qarşısına çıxıb. Əkbər İ. dostları ilə birlikdə Mirzə Xələfovu və dostunu təpik və yumruqla döyüb. Xəstəxanaya aparılan Mirzə Xələfov komaya düşüb. 20 gün xəstəxanada müalicə edilməsinə baxmayaraq, dünyasını dəyişib.

Polis tərəfindən hadisənin baş verdiyi ərazidə müşahidə kameralarına baxılıb. Əkbər İ. və dostu Hüseyn B. Həbs edilib. Davada üçüncü şəxs olan Səməd A.-nın isə bir neçə gün öncə soyğunluğa görə həbs edildiyi məlum olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/821687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR