“Facebook”dan istifadə edənlərin sayı AÇIQLANDI

“Facebook”dan istifadə edənlərin sayı AÇIQLANDI
08:23 30 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

“Facebook”da qeydiyyatdan keçənlərin sayı son bir il ərzində 8% artıb.

Publika.az xəbər verir ki, nəticədə şəbəkə istifadəçilərinin sayı 2,5 milyard nəfərə çatıb. Bu barədə “Facebook”un yayımladığı korporativ hesabatda qeyd olunub.

Şirkətin hesablamalarına görə, ötən ilin dekabr ayında 1,66 milyard insan gündə ən azı bir dəfə “Facebook”a daxil olub. Bu göstərici də il ərzində 9% artıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ikt/303354.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR