Pərvin Kərimzadənin növbəti görüşü Gəncənin Təbriz küçəsində olub (FOTO/VİDEO)

Pərvin Kərimzadənin növbəti görüşü Gəncənin Təbriz küçəsində olub (FOTO/VİDEO)
13:22 30 Yanvar 2020
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Pərvin Kərimzadənin seçicilərlə görüşləri uğurla davam edir. Növbəti görüş Gəncənin Bağbanlar adlanan ərazinin Təbriz küçəsində olub.

Deputatlığa namizəd seçiçilərin qapılarını döyərək, onların arzu və istəklərini öyrənib, təkliflərini dinləyib. Xoş əhval-ruhiyyədə davam edən görüşlərdə Pərvin Kərimzadə seçicilərini fevralın 9-da seçki məntəqələrinə dəvət edərək, Vətənimizin tərəqqisi, xalqımızın parlaq gələcəyi, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi naminə Yeni Azərbaycan Partiyasına və onun ən layiqli namizədlərinə səs verməyə səsləyib.

Seçicilər Pərvin Kərimzadənin V çağırış Milli Məclisin deputatı kimi fəaliyyətindən razı qaldıqlarını bildirib, ailə üzvləri ilə birlikdə seçki məntəqələrinə gələrək, Yeni Azərbaycan Partiyasının namizədinin yenidən Milli Məclisdə onları təmsil etməsi üçün dəstəkləyəcəklərini qeyd ediblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3184499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR