Florentino Peres Zinəddin Zidanı fikrindən daşındırdı

Florentino Peres Zinəddin Zidanı fikrindən daşındırdı
21:23 30 Yanvar 2020
142 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın “Real Madrid” futbol klubu Pol Poqbanı transfer etməyəcək.

Publika.az-ın məlumatına görə, klub prezidenti Florentino Peres baş məşqçi Zinəddin Zidanı bu fikrindən daşındırıb. Bildirilir ki, artıq “Mançester Yunayted” rəhbərliyi və məşqçi heyətinin də fransalı futbolçuya inamı azalıb. Sentyabr ayından zədəsini sağalda bilməyən Poqbanın bundan sonra toparlanıb özünə gələcəyinə ümidlər azdır.

Fransalı yarımmüdafiəçi bu mövsüm cəmi 8 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/303445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR