Deputatlığa namizəd Oqtay Əsədovun seçiciləri ilə görüşlər keçirilir

Deputatlığa namizəd Oqtay Əsədovun seçiciləri ilə görüşlər keçirilir
11:55 31 Yanvar 2020
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

45 saylı Abşeron Seçki Dairəsindən deputatlığa namizəd Oqtay Əsədovun seçiciləri ilə görüşlər keçirilir.

Trend-in məlumatına görə, 9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən 45 saylı Abşeron Seçki Dairəsindən deputatlığa namizəd Oqtay Sabir oğlu Əsədovun vəkilləri – AMEA-nın həqiqi üzvü, akademik Vaqif Abbasov, Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, YAP Abşeron rayon təşkilatının sədri, iqtisad elmləri üzrə fəlsfə doktoru Bilman Vəliyev, kimya üzrə fəlsfə doktoru Hüsü İbrahimov seçicilərlə növbəti görüşlər keçirib.

Deputatlığa namizədin vəkilləri Oqtay Əsədovun fəaliyyətindən danışıb, onların problemləri ilə maraqlanıb, seçiciləri 9 fevralda fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədi Oqtay Əsədova səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər rayona olan qayğıdan, o cümlədən problemlərindən danışıblar və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədi olan Oqtay Əsədova səs verəcəklərini bildiriblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3184929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR