Feysbuk koronavirusla bağlı hərəkətə keçdi - Yanlış məlumatlar silinəcək

Feysbuk koronavirusla bağlı hərəkətə keçdi - Yanlış məlumatlar silinəcək
14:33 31 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, Çin ərazisində koronavirusa yoluxanların sayı 9390 nəfərə çatıb, 213 nəfər ölüb.

Publika.az xəbər verir ki, virus özü ilə bərabər şişirilmiş iddialar da gətirib.

Sosial media nəhənglərindən olan Feysbuk epidemiya ilə bağlı verdiyi açıqlamada gerçəklik payı olmayan iddiaların və yanlış məlumatların platformadan silinəcəyini qeyd edib.

Sözügedən paylaşımların qlobal səhiyyə qurumlarına və yerli orqanlara ziyan vurduğunu bildirən sosial şəbəkə rəsmiləri oxşar məzmunları aşkar etmək və aradan qaldırmaq üçün proaktiv axtarış mexanizmini işə salacaqlarını vurğulayıb.

Qeyd edək ki, şirkət xüsusilə yanlış müalicə metodları haqqında postlara fokuslanacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ikt/303506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR