Naməlum şəxslər Trampın iqamətgahına girməyə çalışıblar

Naməlum şəxslər Trampın iqamətgahına girməyə çalışıblar
22:50 31 Yanvar 2020
138 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Naməlum şəxslər avtomobil ilə ABŞ prezidenti Donald Trampın Florida ştatındakı iqamətgahına girməyə çalışıblar.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, avtomobil hər iki nəzarət-buraxılış məntəqəsindən keçməyi bacarıb, mühafizə xidmətinin əməkdaşları atəş açmaq məcburiyyətində qalıblar.

Bundan sonra naməlum şəxslər hadisə yerindən qaçmağa çalışıblar, lakin mühafizə xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.

Hazırda insidentin digər təfərrüatları araşdırlır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3185346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR