“Report” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Belə ki, yanvarın 31-də təyyarə Almaniya vətəndaşlarını təxliyə etmək üçün koronavirusun yayıldığı Uhan şəhərinə uçub. Plana əsasən təyyarə geri dönərkən, Moskva şəhərinə enərək yanacaq doldurmalı idi. Bundan başqa, bir gün qabaq Rusiya paytaxtına gələn ekipaj üzvlərinin dəyişdirilməsi də nəzərdə tutulmuşdu.
Nəşrin məlumatına görə, təyyarənin göyərtəsində 144 sərnişin olub. Onlardan 108-i alman, 34-ü Çin vətəndaşıdır.
Almaniya Müdafiə Nazirliyinin komandiri polkovnik Daniel Drakenin sözlərinə görə, təyyarənin Rusiyanın hava məkanından istifadəsinə icazə verilsə də, Moskvadakı hava limanına enmə tələbi rədd edilib.