Tanzaniyada kilsədə xidmət zamanı yaranmış izdiham zamanı ən azı 20 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə yerli məmurlara istinadən “Agency France Presse” məlumat yayıb.
Agentlik bildirib ki, hadisə Moşi şəhərindəki xristian kilsəsində xidmət zamanı baş verib.
"Hazırda 20 nəfər həlak olub, amma ölənlərin sayı arta bilər, çünki yaralılar var", - deyə şəhərin dairə komisarı Kippi Variobiya agentliyə bildirib.