Tanzaniyada kilsədə baş verən sıxlıq nəticəsində 20 nəfər ölüb.
Publika.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Hadisə dünən Moşi şəhərindəki kilsədə ayinin icrası zamanı baş verib.
Çoxsaylı yaralı olduğundan ölü sayının artacağı istisna edilmir.