SON DƏQİQƏ: Stadionda İZDİHAM: Onlarla ölü, yüzlərlə yaralı var - FOTOLAR

SON DƏQİQƏ: Stadionda İZDİHAM: Onlarla ölü, yüzlərlə yaralı var - FOTOLAR
18:33 2 Fevral 2020
33 Digər
Ölkə mətbuatı
A- A+

Tanzaniyada Kilimancaro dağının ətəklərində yerləşən Moşi rayonunda dəhşətli hadisə baş verib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, xristianların stadionda təşkil etdiyi dini ayin zamanı baş verən izdiham nəticəsində 5-i uşaq olmaqla 30-dan çox insan həyatını itirib. 200-ə qədər yaralı var. Məlumata görə, hadisə gecə saatlarında baş verib. Olay zamanı stadionda minlərlə insan olub.

İzdihamın hansı səbəbdən baş verdiyi məlum deyil. Qeyd edək ki, Tanzaniyada yoxsullara xoş gələcək vəd edən onlarla saxta rahib ortaya çıxıb. Onların təşkil etdiyi ayinlərə minlərlə insan toplaşır.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/303692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR