Somalinin Şebelle bölgəsində hərbi hissələr irimiqyaslı hücumlara məruz qalıb.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hücumlar zamanı çox sayda hərbçi həlak olub. Yaralılar var. Məlumata görə, hücumlar “Əş-Şəbab” terror qruplaşması tərəfindən təşkil olunub. Toqquşmalar zamanı azı 10 terrorçu məhv edilib.

Bölgəyə əlavə hərbi qüvvələr cəlb ediləndən sonra terrorçular geri çəkilmək məcburiyyətində qalıb.

Anar Türkeş