2 fevral Gənclər Günü münasibətilə Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı və Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə Vyanada "Azərbaycan Diaspor Gənclərinin Görüşü" adlı layihə təşkil olunub.

Metbuat.az xəbər verir ki, iki günlük tədbirin məqsədi xarici ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin bir araya toplanması, onların vətənlə bağlılığının daha da gücləndirilməsi və yaşadıqları ölkədə Azərbaycan diasporunun fəallığının artırılması, eyni zamanda lobbiçilik fəaliyyətinin gücləndirilməsidir.

Görüş zamanı iştirakçılar öz ölkələrində gördükləri innovativ işlər barədə bir-birlərinə məlumat verib, birgə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

İştirakçılar dost ölkələrin diaspor nümayəndələri ilə də görüşüb onların təcrübələrini öyrəniblər.

ABŞ-da təhsil alan azərbaycanlı blogger Arzu Cahid də "Azərbaycan Diaspor Gənclərinin Görüşü"nə dəvət alıb və tədbirdə “Milli mənsubiyyət hissi. Azərbaycanlı kimdir?” mövzusunda çıxış edib. Həmin videonu təqdim edirik: