Azərbaycanlı kriminal avtoritet "Lotu Quli"yə (Nadir Səlifov) sui-qəsd etmək istəyən şəxslər İstanbulda saxlanılıb.

Milli.Az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

İstanbuldakı müxtəlif cinayətlərdə iştirak etdiyi və Rusiya ilə əlaqəsi olduğu təyin olunan cinayətkar dəstəyə qarşı əməliyyat təşkil edilib.

Əməliyyatda 17 şübhəli tutulub.

Milli.Az