"Barselona"nın yarımmüdafiəçisi Xavi yayda komandanı tərk edəcəyini açıqlayıb.
Metbuat.az-ın məlumatına görə, mətbuat konfransı keçirən ispan futbolçu qərarını belə izah edib:
"Barselona"dan ayrılacağımı demək istəyirəm. Bu, mənim üçün çox çətin qərardı. Artıq ayrılmaq vaxtıdı. Onlar mənə 2018-ci ilə qədər yeni müqavilə təklif etmişdilər. Ancaq qərarımı çoxdan vermişəm. Bu haqda komanda yoldaşlarımın bəzilərinin məlumatı var idi. Kluba mənim üçün etdikləri hər şeyə görə təşəkkürümü bildirirəm.
Qarşıdakı 2 mövsümü Qətərin "Əl-Sədd" klubunda keçirəcəm.
Məşqçi kimi geri dönəcəyimi bilmirəm. Ancaq mütləq qayıdacam, çünki "Barselona" mənim həyatımdı".
Qeyd edək ki, artıq "Əl-Sədd" klubu Xavini transfer etdiyini rəsmən açıqlayıb.