Səkkizcildliyin 6 cildi artıq hazırdır. Çap ediləcək kitabda şairin roman və povestləri yer alıb. Fikrət Qocanın “Taleyin ağır taleyi” adlı romanı isə bu günlərdə çapdan çıxacaq.
Kitabda gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən, 1990-cı il hadisələrinin, zorla sürükləndiyimiz müharibənin ağrıları əks olunub.
Xalq şairinin “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər” və “Rəssam düşünür” əsərləri də səkkizcildliyə daxil ediləcək.