Türkiyənin Van şəhərində yenidən qar uçqunu olub.

Publika.az xəbər verir ki, Çataq rayon mərkəzinə 10 km məsafədə yerləşən Van-Çatak magistral yolu üzərindəki Almaçı bölgəsi qar altında qalıb.

Tələfat və fəsad haqqında hələ ki, informasiya yoxdur.

Qeyd edək ki, ötən həftə Vanın Baxçasaray rayonunda ard-arda iki gün qar uçqunu olmuş, 41 nəfrə dünyasını dəyişmişdi. Həmin ərazidə axtarış işləri hələ də davam etdirilir.