Bu şəxslər həbs edilir - Çindən qorxunc qərar

Bu şəxslər həbs edilir - Çindən qorxunc qərar
07:05 9 Fevral 2020
236 Dünya
Ölkə mətbuatı
A- A+

Çində yeni tip koronavirusdan (2019-nCoV) ölənlərin sayı 723-ə çatıb.

Milli.Az xəbər verir ki, Çin Milli Səhiyyə Komitəsi virusa yoluxanların 34 min 546 nəfər olduğunu açıqlayıb.

Virusa yoluxma şübhəsi olan şəxslərin sayı 27 min 657-dir. Koronavirus daşıyıcıları ilə təmasa keçdikləri üçün müşahidəyə alınanların sayı isə 189 min 660-a çatıb.

Bu qorxunc rəqəmlər Çin hökumətini daha sərt addımlar atmağa məcbur edib. Pekin bələdiyyəsi hotel, restoran, market, əyləncə mərkəzləri, ictimai nəqliyyat və bənzər məkanlarda qoruyucu maska taxmayanları həbs etmək barədə qərar verib. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/824211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR