Daha bir maaş artımı olacaq

Daha bir maaş artımı olacaq
13:41 17 Yanvar 2015
167 Ölkə
Ölkə mətbuatı
A- A+

“Müəllimlərdən sonra həkimlərin də maaşı artırılacaq.”

ANS PRESS xəbər verir ki, bu barədə azvision.az-a Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. Millət vəkilinin sözlərinə görə, dövlət büdcəsində maaşların artırılması ilə əlaqədar vəsait nəzərdə tutulub: “Dövlət büdcəsi müzakirə olunan zaman və ondan əvvəl də qeyd etmişəm ki, həkimlərin, müəllimlərin maaşlarının artırılmasına böyük ehtiyac var. Onların maaşları orta aylıq əmək haqqından təxminən 2 dəfə aşağıdır. Cənab prezident ötən gün sərəncam imzaladı və müəllimlərin maaşı 2 dəfə, dərs yükləri 1,5 dəfə artırıldı. Bunun ardınca da, həkimlərin maaşlarına baxmağa çox böyük ehtiyac var. Dövlət büdcəsində bununla əlaqədar vəsait nəzərdə tutulub. Həkimlərin maaşı da artırıla bilər. Burada da müəyyən məsələlər öz həllini tapacaq və həkimlərin maaşı yüksəldiləcək”.

Dövlət qulluqçılarının maaşların artırılmasına gəlincə, millət vəkili bildirib ki, bu sahədə ciddi maaş artımına ehtiyac yoxdur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=320271

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR