"Superstarımız da, meqastarımız da var, gedib su içsin" - Damlaya cavab

"Superstarımız da, meqastarımız da var, gedib su içsin" -  Damlaya cavab
18:37 10 Fevral 2020
305 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Damlanın "Azərbaycanda "Meqastar" yoxdur. Bizim bütün dünyada tanınan ulduzumuz yoxdur" sözləri şou-biznesdə yeni qalmaqalın təməlini qoyub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənət adamlarının bir qismi "ATV maqazin onlarla" verilişində ifaçının sözlərinə münasibət bildiriblər. Kimi onun sözlərinə etiraz edib, kimi haqq qazandırıb:

Faiq Ağayev: "Damla Meqastarı ölkənin hüdudlarından çıxan müğənni kimi qəbul edir. Bu da düzgün deyil. Azərbaycan çərçivəsində Aygün Kazımova, Faiq Ağayev var. Damlaya bu cür sual versəydiniz cavab verərdi. Damlanın münsifi olmuşam. Xaricə çıxanı nəzərdə tutursa, Alim Qasımov, bizə birincilik gətirən Nigar və Eldar var".

Tünzalə Ağayeva: "Bu nə deməkdir ki? İnsan ulduzdur da. Bu gün gündəmdə olan artistlərimiz, müxtəlif janrın ifaçıları elə stardı, meqadır".

Röya Ayxan: "Azərbaycanın superstarı da, meqastarı da var. Öz rayonları, bölgələri üçün. Bizi bir Türkiyədə göstərmirlər deyə, elə deyilir. Boş-boş şeylərdir. Onları çox istəyirəm, bir az su içsinlər".

Zamiq Hüseynov: "Bilmirik, bacarmırıq. Bacarsaq, bizim kimi istedadlı millət yoxdur. Biz heç kimdən geri qalmırıq, öndəyik. Zəif nöqtəmiz odur ki, bir-birimizi dəstəkləmirik".

Ceyhun Əliyev: "Damla bu sözü fikirləşməyib deyib. Meqastar mövzusunda Damla üçün danışmaq çox tezdir. Öz dünyamda meqastaram, superstaram, meqabəstəkaram. Türkiyənin meqastarı Murad Boz Sevda Ələkbərzadənin, Kənan Doğulu Əzizə Mustafazadənin fanatıdır".

Abbas Bağırov: "Bizdə meqastar yoxdur".

Lalə Məmmədova: "Çingizin "Eurovision"dakı çıxışına heyran qaldım".

Xəyyam Nisanov: "Bizim dünyada tanınan Emin Ağalarovumuz var".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/824786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR