Azərbaycanlı futbolçu meydana fərqli nömrə ilə çıxdığı üçün klubunu ziyana saldı

Azərbaycanlı futbolçu meydana fərqli nömrə ilə çıxdığı üçün klubunu ziyana saldı
13:02 11 Fevral 2020
81 Digər
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsi I Divizionda çıxış edən "Qaradağ Lökbatan" klubunu cərimələyib.
"Report"un PFL-in saytına istinadən verdiyi xəbərə görə, buna XIV turun "Sumqayıt-2" klubu ilə oyununda Lökbatan təmsilçisinin futbolçusu Cavidan Qasımlının yol verdiyi yanlışlıq səbəb olub. O, sifariş vərəqəsində qeyd olunmuş nömrəsindən fərqli nömrəli formada meydana çıxdığı üçün klubunu 80 manat ziyana salıb.
Bundan başqa, həmin matçda "Sumqayıt-2" klubunun futbolçusu Tahir Zeynalov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub isə 20 manat cərimə ödəyəcək.
Elnur Salahov

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-i-ntizam-komitesi-qaradag-lokbatan-klubunu-cerimeleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR