Yeni texnologiya ilə istifadə edilməyən paltarlar təzələnir

Yeni texnologiya ilə istifadə edilməyən paltarlar təzələnir
22:42 11 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Şkaflarımızda geymədiyimiz çoxlu geyim var. Bu problemə həll tapmaq məqsədi ilə Re:Newcell adlı şirkət, paltarları təzələməyi bacaran yeni bir texnologiya icad etdi.

Re:Newcell adlı şirkət, istifadə edilməyən köhnə paltarlardan yeni parçalar əldə edə biləcəkləri bir texnologiya yaratdı. Şirkət, "sirkulyasiya" adını verdiyi texnoloji müddət ilə yeni parçaları əldə etməyi bacardı. Əldə edilən parçaların növləri məhdud olmasına baxmayaraq, təzələnməyə böyük qatqısı olacağı ifadə edildi.

Şirkət, keçən həftələrdə nəhəng geyim markalarından H&M ilə razılaşma imzaladıqlarını eşitdirdi. Şirkət istehsalatı İsveçdə qurdu. H&M ilə ortaq olan şirkət, texnologiyanın mart ayında tətbiq etməyi planlaşdırır. Bu müddətlə birlikdə parça istehlakı azalacaq və geyilməyən paltarlar təzələnməyə qatqı təmin edəcək.

Bu texnologiya ilə pambıq, viskon kimi təbii parçalardan əldə edilən köhnəlmiş paltarlar toplanır. Zəncirbənd və düymə kimi əlavələr çıxardılır və geri qalan hissələr parçalanır. Sonra boya və ya plastik kimi digər komponentlər, kimyəvi bir əritmə əməliyyatı ilə ayrılır. Daha sonra əldə edilən parçalar qurudulur. Bütün bu əməliyyatlardan sonra xam parça əldə edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/824254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR