Evli kişidən uşaq dünyaya gətirən tələbə qız efirə gəlib hər şeyi danışdı - VİDEO

Evli kişidən uşaq dünyaya gətirən tələbə qız efirə gəlib hər şeyi danışdı - VİDEO
11:42 12 Fevral 2020
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda tələbə qız evli kişidən uşaq dünyaya gətirib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, Lənkəranın Kərgəlan kəndindən İsmayılov Elşən Novruz oğlu və Balakən rayon Kortala kəndindən olan qız 2017-ci ildə tanış olublar.

Elşən tələbə qıza subay olduğunu bildirərək onunla münasibət qurub. 1 il Bakıda kirayə tutduqları evdə bərabər yaşayıblar. 2018-ci ildə uşaq doğulub. Evli kişi tələbə qızın hamilə olduğunu öyrəndikdən sonra aradan çıxıb. Tələbə qız uşağı Balakən rayonunda dünyaya gətirib.

Hazırda Elşənin 35, bir uşaqla ortalıqda qalan qadının 22 yaşı var. Atası axtarılan uşağın isə 2 yaşı var. 
Əlində bir uşaqla ortalıqda qalan qadın Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramından kömək istəyib:

"Universitetdə oxuduğum müddətdə məni qaçırdıb. Ondan bir uşağım var. İndi yoxdur, məni qoyub gedib. İstəyirəm gəlib uşağına atalıq versin. Hamilə olduğumu bildikdən sonra məni atdı. Mənə evli olduğunu deməmişdi. Özü haqqında hər şeyi yalan demişdi. Bilsəydim evlidir, onunla bərabər olmazdım". 

Tələbə qızın evli kişidən uşaq doğması tamaşaçılar və ekspertlər tərəfindən hiddətlə qarşılanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/825229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR