Rusiya və Türkiyənin baş qərargah rəisləri arasında telefon danışığı olub
Paylaş
125 baxış·1 dəq oxu
Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülərlə rusiyalı həmkarı Valeri Gerasimov arasında telefon söhbəti olub. “Report” xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Tərəflər İdlib bölgəsi ətrafındakı vəziyyət, bütövlükdə Suriya hadisələri, həmçinin ikitərəfli məsələlərə dair müzakirələr aparıblar.