Haitidə yanğın 15 uşağın ölümünə səbəb oldu

Haitidə yanğın 15 uşağın ölümünə səbəb oldu
08:47 15 Fevral 2020
76 Digər
Ölkə mətbuatı
A- A+

Haitidə kilsə nəzdində fəaliyyət göstərən uşaq evində baş verən yanğın azı 15 uşağın ölümünə səbəb olub.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, uşaq evi paytaxt Port-o-Prensin yaxınlığında yerləşib.
Agentliyin məlumatına görə, iki uşaq öz otağında yanaraq dünyasını dəyişib. Yerli hakim Raymond Jan Antuan bildirib ki, 13 uşaq xəstəxanaya yerləşdirilib. Lakin, onların da həyatını xilas etmək mümkün olmayıb.
Belə ki, yanğın nəticəsində uşaqların tənəffüs yollarında problemlər yaranıb. Yanğın uşaq evinin birinci mərtəbəsində, yataq otaqlarının yerləşdiyi ərazidə başlayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/haitide-yangin-15-usagin-olumune-sebeb-oldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR