“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Çinin Seysmologiya mərkəzi yayıb.
5,4 bal gücündə olan ilk yeraltı təkan bu gün yerli vaxtla saat 19:00-da, ikinci 4,7 bal gücündə olan zəlzələ isə ondan 5 dəqiqə sonra baş verib.
Zəlzələnin episentri 10 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat verilmir.