Pakistanda DƏHŞƏTLİ HÜCUM - 20 ölü, 30 yaralı

Pakistanın Kvetta şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 20-yə çatıb. 30-a qədər yaralı var.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, güclü partlayış ətrafdakı binalara da ciddi ziyan vurub. Polisin məlumatına görə, partlayış kamikadzenin üzərindəki partlayıcı qurğunu işə salması nəticəsində baş verib.

Terror aktına görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Anar / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR