Hava limanı bombardman edildi, təyyarə geri döndü

Liviyanın paytaxtı Tripolinin Mitiqa Beynəlxalq Hava Limanının fəaliyyəti silahlı atışmalar səbəbindən müvəqqəti dayandırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə aeroportun Feysbuk səhifəsində məlumat yayılıb.

“Liviya Hava Yollarına məxsus təyyarə havaya qalxan zaman “Mitiqa” hava limanı bombardmana məruz qaldı. Nəticədə təyyarə hava limanına geri qayıtmağa məcbur olub. Növbəti xəbərdarlığa qədər aeroportun fəaliyyəti dayandırılıb”, - deyə açıqlamada bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR