Dünyanın ən varlı adamı o şəxslərə 10 milyard dollar ayırdı - AÇIQLAMA

Dünyanın ən varlı adamı o şəxslərə 10 milyard dollar ayırdı - AÇIQLAMA
13:13 18 Fevral 2020
86 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən varlı adamı “Amazon”un baş icraçı direktoru Ceff Bezos iqlim dəyişikliyi ilə mübarizəyə 10 milyard dollar bağışlayacaq.

Publika.az xəbər verir ki, o, instaqramda verdiyi açıqlamada iqlim dəyişikliyi ilə mübarizədə iştirak edən elm adamları, fəallar və qeyri-hökumət təşkilatlarını dəstəkləmək məqsədilə bu qərarı qəbul etdiyini bildirib.

İqlim dəyişikliyinin planet üçün ən böyük təhdid olduğunu qeyd edən Bezos “hamımızın paylaşdığı bu planetdəki iqlim dəyişikliyinin dağıdıcı təsirləri ilə mübarizə aparmaq üçün həm bilinən yolları gücləndirmək, həm də yeni üsullar kəşf etmək üçün digərləri ilə birgə işləmək istəyirəm” sözlərini vurğulayıb.

Qeyd edək ki, Bezosun sərvətinin 130 milyard olduğu ehtimal edilir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlidunyasi/305329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR