“Mahnılarıma plagiat deyən bəstəkarlar qələt edir”

“Mahnılarıma plagiat deyən bəstəkarlar qələt edir”
13:37 18 Fevral 2020
207 Şou
Ölkə mətbuatı
A- A+

Deməmişdim ki, Natavan Həbibi, gəlsin mahnımı oxusun. Populyar olum. Mahnı yazmışam, "partlayıb". O biri dostum zəng edib ki, mənə də yaz. O da "partlayıb". Nil Karaibrahimgil, Ziynet Sali məndən mahnı istəyib. Mən onları axtarmamışam, qapısında yatmamışam.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri "MTV Azərbaycan"da yayımlanan "Söhbətsiz" proqramında bəstəkar-müğənni Murad Arif deyib.

O, aparıcı Samir Bayramlının "Bəzi bəstəkarlar sənin mahnılarını plagtiat adlandırır" sözlərinə belə cavab verib:

"Qələt etdilər. Plagiat termindir, onun arxasında not sayı təsdiq olunmalıdır. "Oxşayır" söhbəti isə nağıldır, bunu bir kənara qoyacam. İstənilən müğənninin istənilən mahnısını gətirsinlər, 1-2 saata onun oxşarını tapıb verəcəm. Xalq mahnılarımız da, bəstəkar mahnılarında da, həmçinin səhnə əsərlərində də oxşarlıq var. "Qələt" sözü bəlkə də, bayağı səslənəcək. Amma bilirəm ki, nə danışıram".

M.Arif veriliş zamanı etirafı ilə də yadda qalıb:

"Güclü müğənni deyiləm. Bəstəkar olaraq zəif oxuyan müğənni ilə adam işləmək istəmir. Dostundur, tanışındır, amma baxırsan ki, orada bir boğaz var, onu həmin sənətçi yaxşı ifa etməyəcək. Görürəm ki, 2-3 ilə 2 mahnı yazmışamsa, hansısa bir musiqi yaratsam, onu özüm qapacam. Öz əlimlə aparıb onu Faiq Ağayeva, Röyaya vermərəm axı. Sağ olsunlar onlar da məni başa düşürlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/826818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR