Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib.

Metbuat.az-ın məlumatına görə, hadisə şəhərin Oçaqovo-Matveyevskoe rayonunda qeydə alınıb.

Hadisə şahidlərinin “Report”un Rusiya bürosuna bildirdiyinə görə, miliyyətcə erməni olan 30 nəfər soyuq silahlarla həmyerlilərimizin üzərinə hücum edib.

Verilən məlumata əsasən hadisə milli zəmində baş verib.