Bakının mərkəzində bina yanır -

Bakının Nəsimi rayonunda 28 may küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində yanğın baş verib.

Metbuat.az-ın məlumata görə, yanğın sözügedən küçədəki yaşayış binasında başlayıb.

Hadisə yerinə FHN-nin Yanğından Mühafizə Xidmətinin 4 yanğınsöndürən maşını cəlb edilib. Xilasedicilər binadakı insanlar təxliyə edib.

FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Nəsimi rayonu, Rəşid Behbudov küçəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

SON DƏQİƏ: Bakının mərkəzində bina yanır - FOTOLAR

SON DƏQİƏ: Bakının mərkəzində bina yanır - FOTOLAR

SON DƏQİƏ: Bakının mərkəzində bina yanır - FOTOLAR

(baku.ws)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR