Azərbaycanda saxta şəxsiyyət vəsiqəsi ilə avtomobil alan şəxslər tutulub

14:37 17 Yanvar 2015
143 Digər
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 14:36 ]


Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda saxta şəxsiyyət vəsiqəsi ilə avtomobil alan şəxslər tutulub.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 15-də Yevlax şəhər sakinləri Orxan Həsənov, Kamal Kamalzadə və Şəki şəhər sakini Aydın Qaragözov Göyçay rayon xüsusi notariusundan Röyal Nəbiyevin adına olan “Nissan” markalı avtomobilə etibarnamə alarkən R.Nəbiyevin adına verilmiş şəxsiyyət vəsiqəsinin saxta olması müəyyən edilib.

 

Bununla əlaqədar hər üç şəxs Göyçay polisinə gətirilib. Üzərlərinə baxış zamanı onlardan İlham Rəhimovun adına verilmiş saxta ümumvətəndaş pasportu, İsmayıl Cəfərovun, Elşad Əhmədovun, Məqsəd Cəfərovun adlarına verilmiş saxta şəxsiyyət vəsiqələri aşkar edilərək götürülüb.

 

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların həmin saxta sənədləri Yevlax şəhərində yeni yaşayış sahəsindəki evlərdən birində yaşayan İzzət Musayevdən almaları müəyyən edilib. İ.Musayevin evinə baxış zamanı 1 ədəd surətçıxarma aparatı, Gülnaz Bayramovanın və Təranə İsmayılovanın adlarına verilmiş saxta şəxsiyyət vəsiqələri və 24 ədəd kağız aşkar edilərək götürülüb.

 

İ.Musayevin tutulması üçün əməliyyat-axtarış tədbirlər görülür.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR