Koronavirus Çin iqtisadiyyatını çöktürür: Avtomobil alan yoxdur

Çində koronavirus səbəbindən fevral ayının ilk iki həftəsində avtomobil satışları keçən ilin eyni dönəminə nisbətən 92% aşağı düşüb.

Metbuat.az "bbc.com"a istinadən xəbər verir ki, çinli səlahiyyətlilər "demək olar ki heç kimin" avtomobil almadığını və əksər avromobil salonlarının bağlı olduğunu deyiblər. Məlumata görə, ayın ilk 16 günündə Çində sadəcə 4 min 909 avtomobil satılıb.

Ötən il eyni dönəmdə bu rəqəm 59 min 930 olmuşdu. Təxminən 1,4 milyard əhalisi olan Çində 2019-cu ildə 25 milyondan çox avtomobil satılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR