ABŞ-ın Türkiyənin paytaxtı Ankarada yerləşən “İncirlik” hərbi bazasına Almaniyadan 5 yük təyyarəsi gəlib.

Publika.az xəbər verir ki, təyyarələr Türkiyənin hava məkanı vasitəsilə İraqdakı ABŞ bazalarına yönləndirilib.

ABŞ-ın nəhəng təyyarələri Türkiyənin HAVA MƏKANINDA - FOTO

Qeyd edək ki, daha əvvəl bu təyyarələrin Türkiyəyə ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemlərini gətirdiyi iddia olunurdu. Çünki Suriyanın İdlib şəhərində yaşanan gərginlikdən sonra Türkiyənin ABŞ-dan müdafiə sistemləri tələb etdiyi şayiələri yayılmışdı.

Xatırladaq ki, “İncirlik”də ABŞ Hərbi Hava Qüvvələrinə bağlı 39-cu Qanad Komandanlığı və Türkiyə Hərbi Hava Qüvvələri 10-cu Tanker Baza Komandanlığı yerləşir.

Zümrüd