AVRO-2020-nin başlamasına 4 aydan az vaxt qalır

AVRO-2020-nin başlamasına 4 aydan az vaxt qalır
11:37 22 Fevral 2020
62 Digər
Ölkə mətbuatı
A- A+

Bu il keçiriləcək futbol üzrə Avropa çempionatının başlamasına təxminən 4 aydan az vaxt qalıb. 
"Report"un məlumatına görə, turnir yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə 12 fərqli şəhərdə baş tutacaq. Futbolsevərlər 51 maraqlı matça şahidlik edəcəklər. A qrupunun 3 oyunu və 1/4 final mərhələsinin bir qarşılaşması Bakıda olacaq. 
İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək. AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda qarşılaşacaqlar.
Avropa çempionatı Bakı ilə yanaşı London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.
https://youtu.be/smqILdbVDZ4

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avro-2020-nin-baslamasina-4-aydan-az-vaxt-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR